Modern.az

ABŞ hərbi kəşfiyyatından Rusiya ilə bağlı qorxulu PROQNOZ

ABŞ hərbi kəşfiyyatından Rusiya ilə bağlı qorxulu PROQNOZ

Təhsil

4 Fevral 2015, 00:40


ABŞ hərbi kəşfiyyatı Rusiyanı Ukraynanın şərqində uzunmüddətli münaqişə yaratmaqda ittiham edib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,  Konqresdəki “qlobal təhlükələr” mövzusunda keçirilən dinləmələrdə çıxış edən ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Stüart Vinsent bu barədə  danışıb.

O qeyd edib ki, rəsmi Moskvanın Ukrayna ilə bağlı  atdığı addımlar qonşu dövlətlərdə həyəcan yarada biləcək yeni hərbi doktrinaya və Rusiyanın strategiyasına uyğundur.  

Stüart Vinsent bildirib ki, Rusiya iqtisadi çətinliklərə baxmayaraq 2015-ci ildə hərbi fəallığını daha da yüksək səviyyəyə qaldıracaq.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir