Modern.az

Elmlər Akademiyasının vitse-prezidenti vəfat etdi

Elmlər Akademiyasının vitse-prezidenti vəfat etdi

4 Fevral 2015, 09:45

Tanınmış riyaziyyatçı, “Şöhrət” ordenli, əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev 77 yaşında  vəfat edib.

Elmlər Akademiyasından Modern.az saytına verilən məlumata görə, Akif Hacıyev dünən vəfat edib.

O, 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib.

İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI