Modern.az

Fransada yəhudi mərkəzinə hücum: Mühafizəçi əsgərlər yaralanıb

Fransada yəhudi mərkəzinə hücum: Mühafizəçi əsgərlər yaralanıb

Təhsil

4 Fevral 2015, 10:05

Fransanın cənubundakı Nis şəhərində Yəhudi mədəniyyət mərkəzini qoruyan əsgərlərə hücum olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nis şəhər mərkəzindəki Massena meydanında olan Yəhudi Mədəniyyət Mərkəzini qoruyan 3 əsgər  bıçaqlı hücuma məruz qalıb. Əsgərlərdən birinin qolundan, digərinin isə üzündən ağır yaralandığı bildirilib. Hadisə yerindən qaçmağa çalışan və zədəli halda tutulan Moussa Colibaly adlı şəxsin nəzarətə alındığı bildirilir. Onun yanvarın 9-da Parisdə yəhudi marketinə hücum təşkil edən Amedi Kolibali ilə heç bir əlaqəsi olmayıb.

Şahin Qocayev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir