Amerika mətbuatı Səudiyyə Ərəbistanı və Rusiya arasında neftin qiyməti ilə bağlı gizli danışıqların aparılması barədə məlumat ələ ediblər. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, danışıqların əsas predmeti Rusiyanın Bəşər Əsəd hakimiyyətinə dəstəkdən imtina etməsi qarşılığında Səudiyyə Ərəbistanının dünya bazarlarında neftin qiymətlərinin bahalaşmasına yardım etməsidir.
“Əgər neftin qiyməti Suriyada sülhün əldə olunmasına xidmət edəcəksə, mən Səudiyyə Ərəbistanının belə razılaşmadan imtina etməsinə səbəb görmürəm”, - deyə adı çəkilməyən amerikalı diplomat yerli mətbuata açıqlamasında deyib.
İddia olunur ki, məsələ ilə bağlı çoxsaylı danışıqlar aparılsa da, əsaslı irəliləyiş əldə olunmayıb. 2014-cü ilin noyabrında Səudiyyə Ərəbistanının nümayəndə heyətinin Moskvaya səfəri zamanı Suriyanın əsas müzakirə mövzusu olduğu deyilir.
Yeni Səudiyyə kralının isə sələfi Abdulla xarici siyasət kursunu davam etdirəcəyini bildirib.
Modern.az