Modern.az

“Borçalı” Cəmiyyətinin sədri hələ də Gürcüstana buraxılmır

“Borçalı” Cəmiyyətinin sədri hələ də Gürcüstana buraxılmır

Təhsil

4 Fevral 2015, 11:51


“Bizi hələ də Gürcüstana buraxmırlar”. Bunu Modern.az-a açıqlamasında “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə,  buna baxmayaraq Gürcüstanda görüşlər nəzərdə tutulur: “Cəmiyyətin bəzi nümayəndələri Gürcüstanda müəyyən görüşlər keçirməyi planlaşdırır. Gürcüstanın rəsmi strukturları, o cümlədən,  Xarici İşlər Nazirliyi, hökumət, quberniya, Daxili İşlər Nazirliyi ilə görüşmək niyyətimiz var. Bir sıra proqramlarımız və planımız da hazırlanır. Onları hələlik açıqlmırıq. Maksimum diplomatik yollarla baş verən anlaşılmazlıq, yaxud qanunsuzluğun aradan qaldırılmasına çalışırıq”.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin 2014-cü ilin oktyabr ayından Gürcüstana gedişinə qadağa qoyulub.  

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir