Məryəm Mehdiyevanın 121 yaşı var. Boş vaxtlarında mahnı zümzümə edir, bir əsr bundan qabaq oxuduğu kitablardan şeirlər söyləyir.Məryəm nənənin babaları da uzunömürlü olub. Amma hələ onu qədər yaşayanı olmayıb. Nənə sağlam qalmağının sirrini qidalanmada görür. Gözünün qabağında bişməyən yeməyi yemir. Özünü gümrah hiss edən ağbirçək indiyə kimi dərmandan istifadə etməyib. Bəzən gəlinlərinin də köməyinə çatan Tovuzun ən uzun ömür sürən sakimi təmizliyinə ciddi fikir verir. Nənənin gündəlik istifadə etdiyi ətirlər də var.
5 övladı, 70-ə yaxın nəvəsi, 30-dan çox nəticəsi, 20 kötücəsi olan qəhrəmanımın yaxın zamanda yadıcası da olacaq. Hamının sevimlisinə çevrilən Məryəm nənə kəndin xeyir-şər mərasimlərindən də qalmır. Kənd sakinləri daim onunla məsləhətləşir və xeyir-dua alır.
Modern.az saytı “Türkel” TV-nin 21 yaşlı Məryəm nənə ilə hazırladığı videosüjetini təqdim edir.
Modern.az