Modern.az

Umayra Tağıyevaya yeni vəzifə verildi

Umayra Tağıyevaya yeni vəzifə verildi

Təhsil

4 Fevral 2015, 13:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib.

Trend-in əldə etdiyi məlumata görə, sabıq direktor Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun iqlim və aqroiqlim şöbəsində artıq aparıcı mütəxəssis kimi fəaliyyətə başlayıb. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Qeyd edək ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Bu vəzifə hazırda baş hidroloq Asif Verdiyevə həvalə edilib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir