Modern.az

Lamiyənin uşağının atası olduğu iddia edilən şəxs DANIŞDI

Lamiyənin uşağının atası olduğu iddia edilən şəxs DANIŞDI

4 Fevral 2015, 14:47

“Onu canlı şəkildə görməmişəm”

Ombudsman Aparatı və Penitensiar Xidmətin əməkdaşları məhkum Lamiyə Quliyevanın uşağının atası olduğu iddia edilən məhkumla görüşüb. Bu barədə Modern.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın işgəncələrin qarşısının alınması üzrə milli preventiv qrupunun  üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan və Lamiyə Quliyevanın dünyaya gətirdiyi uşağın atası olduğunu iddia etdiyi məhkumla görüşüb.

Həmin məhkum ailəsində yarana biləcək problemlərlə əlaqədar adının məxfi saxlanılmasını xahiş edib. O, məhkum Lamiyə Quliyeva ilə bir müddət eyni  müəssisədə saxlanıldığını, onunla qiyabi tanışlıq münasibətinin olduğunu, canlı təmasının olmadığını, uşağın atasının müəyyənləşdirilməsi ilə bağlı dəqiqləşdirilmə aparılması üçün DNT qan analizi verdiyini bildirib. Onunla aparılmış konfidensial görüş zamanı təzyiqə və zorakılığa məruz qalmadığını söyləyib, bu barədə ombudsmana yazılı izahat verib.

Qeyd edilməlidir ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən bu məsələ ciddi araşdırılır, hər iki şəxsdən izahat alınıb,  müvafiq analizlər götürülüb və yaxın günlərdə nəticəsi açıqlanacaq.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB