Modern.az

Fuad Muradov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Fuad Muradov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Təhsil

4 Fevral 2015, 15:28


Milli Məclisin deputatı Fuad Muradov 5-8 fevral tarixində Almaniyanın Münhen şəhərində keçiriləcək  “Münhen Gənc liderlər -2015” layihəsində iştirak edəcək. Modern.az xəbər verir ki, 25 ölkədən dəvət olunmuş nümayəndələr arasında Azərbaycan Milli Məclisini Fuad Muradov təmsil edəcək. “Münhen Gənc Liderlər 2015” layihesinin istirakcıları  51 - ci Münhen Təhlükəsizlik Konfransının proqramının  muzakirəsində də istirak edəcəklər. Tədbirə Almaniya siyasətçiləri, NATO-dan və partnyor ölkələrdən nümayəndələr qatılacaq.

25 gənc siyasi liderin iştirak etdiyi Konfransda Loran Fabius, Henri Kissincer, Tomas de Mazier, Radoslav Sikovski və Cavad Şarif kimi dövlət xadimləri ilə müzakirə aparmaq imkanları olacaq.

Qeyd edək ki, “Münhen Gənc Liderlər” layihəsi Münhen Təhlükəsizlik konfransı və Körber Fondunun müştərək gənc liderlər şəbəkəsidir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir