Hazırda Ankarada tibbi müayinədən keçən sabiq təhsil naziri, professor Firudin Cəlilovun səhhəti ilə bağlı yeni xəbər var. Modern.az xəbər verir ki, qardaş ölkədə iki dəfə ürəyindən əməliyyat olunan professorun test nəticələrinin cavabı müsbət olub. Bu barədə Firudin Cəlilovun Türkiyədə yaşayan tələbələri məlumat veriblər: “Allaha çox şükür ki, müəllimimizin təhlil nəticələri çox yaxşı çıxdı. Bu gün də şirkətimizdə qonaq etdik”.