Modern.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentdə yol polisi haqqında danışan deputat həmkarı Eldar İbrahimova qarşı son iki gündə mediada və sosial şəbəkələrdə səsləndirilən ittihamlara münasibət bildirib:
"Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının qurucularından biri olub və Heydər Əliyevin ən yaxın silahdaşlarından sayılır. O uzun illər Heydər Əliyevlə birgə çalışıb. Bu gün də həm YAP-a, həm parlamentə nüfuz qazandıran deputatlardan biridir. Onun bir polis əməkdaşı haqqında fərdi qaydada söylədiklərini bütünlüklə polisə aid etmək olmaz. Çünki Eldar İbrahimov hər zaman polisi müdafiə edən, onu dəstəkləyən bir şəxs olub. Belə bir millət vəkilinə qarşı hansısa polis əməkdaşı çox hörmətsiz yanaşırsa, ona qarşı hörmətsiz davranırsa, əlbəttə, bu onu hiddətləndirib və o da sərt formada buna öz etirazını bildirib. Mən hesab edirəm ki, Eldar müəllimə qarşı olan bu hücumlar təşkil olunmuş yersiz hücumlardır. Nəzərə alsaq ki, daxili işlər naziri hər il 100-lərlə polis əməkdaşını polisə yaraşmayan davranışlarına görə polis orqanlarından xaric edir. Bu faktın özü də təsdiq edir ki, polisdə belə insanlar var".
Modern.az