Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qaliblərini elan edib

QHT-lərə Dövlət Dəstəyi Şurası qrant müsabiqəsinin qaliblərini elan edib

1 Sentyabr 2010, 15:11

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsini yekunlaşdırıb. Bu barədə Modern.az-a Şuradan məlumat verilib.
Maliyyə yardımı müsabiqəsi 25 iyun 2010-cu ildə elan edilmişdi, ərizələrin qəbulu 23 iyul 2010-cu ildə başa çatıb. Müsabiqə aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutub:

1.      Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər
2.      Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
3.      Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi
4.      Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resurslarının mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması
5.      Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər
6.      Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər
7.      Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər
8.      Mədəniyyətə dair təşəbbüslər
9.      Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək
10.    Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək.

Müsabiqəyə 210 layihə daxil olmub. Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 65 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar və müsabiqə şərtlərinə uyğunsuzluqlar aşkar edilib, bu layihələr ekspertizaya göndərilməyib. 145 QHT-nin layihə təklifləri ekspertizaya təqdim edilib. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilib.

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim edib. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, layihənin aktuallığını, ictimai əhəmiyyətini və əvvəlki müsabiqələrdə QHT-nin həyata keçirdiyi layihələrin icra vəziyyətini nəzərə alıb.

Beləliklə, 2010-cu ildə QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsinin qalibi olaraq 65 təşkilat seçilib.

Qeyd etmək lazımdır ki, QHT-lərə növbəti maliyyə yardımı müsabiqəsi üçün ilkin mərhələdə 175.000 AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Lakin Şura bir sıra layihələrin ictimai əhəmiyyətini nəzərə alaraq, bu vəsaitin daha 78.000 AZN həcmində artırılmasını mümkün  sayıb.

Müsabiqənin nəticələri ilə bağlı apelyasiya müraciətləri 07 sentyabr 2010-cu il saat 16.00-dək Şuranın müvafiq komissiyası tərəfindən qəbul edilir.

 

QHT-nin adı

Rəhbəri

Layihənin adı

Müddəti

Şuranın ayırdığı məbləğ

"Vətəndaş cəmiyyəti uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi

İsmayılov Eldar Rafiq oğlu

2010-cu ilin noyabr ayında  Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərin monitorinqi üçün müşahidəçilərin hazırlanması

3 ay

4 500,0

"Ziya" Hüquqi və Sosioloji Araşdırmalar Cəmiyyəti

Balakişiyeva Yeganə Nəsir qızı

Bələdiyyələrin hüquq və vəzifələri haqqında əhalinin maarifləndirməsi

3 ay

4 000,0

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

Hüseynli İlqar Qəşəm oğlu

Parlament seçkiləri - 2010: vətəndaşların seçki hüquqlarının  izahına  və seçkidə iştirakına dəstək

3 ay

4 000,0

Bələdiyyə Resurs və Təlim Mərkəzi

Həşimov Pərviz Kamran oğlu

Regionlarda QHT-lərlə icra strukturları arasında əməkdaşlığın monitorinqi və bu yöndə ictimai müzakirələrin aparılması

4 ay

4 000,0

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi                                         

Göyüşoğlu Məhərrəm Göycə oğlu

Qazax və Ağstafa rayonlarında qadınların və gənclərin 2010-cu il parlament seçkilərinə müşahidəçi kimi cəlb olunması  və seçki prosesinin müstəqil monitorinqinin təşkili

3 ay

3 000,0

“Free Person” İnsan Hüquqlarını Müdafiə Cəmiyyəti

Qafarov Səbuhi Nazir oğlu

Tolerantlıq dərsləri mövzusunda gənclər üçün təlimlərin keçirilməsi

3 ay

3 500,0

Bakı Sülh Evi

Mustafayev Namiq Salah oğlu

Azərbaycanda yerli demokratiyanın inkişafı barədə icmal-hesabatın hazırlanması

3 ay

4 000,0

Demokratik Seçki Mərkəzi

İbrahimli Qorxmaz Əbülfəz oğlu

2010-cu il parlament seçkilərində seçici fəallığının artırılması üçün maarifləndirmə işlərinin aparılması

3 ay

4 500,0

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi

İsmayılov Faiq İslam oğlu

  Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə  Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa insan hüquqları məhkəmələrinə işlərin hazırlanması

                       3 ay

4 500,0

Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyi

Hüseynova Mariya Pavlovna

Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin bolqar ictimaiyyətinə çatdırılması

3 ay

3 000,0

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi

Nağıyeva Tehran Məhərrəm qızı

“Məhv edilmiş mədəniyyət beşiyi – Şuşa” sənədli filminin çəkilməsi və xarici ölkələrdə bu mövzuda müzakirə xarakterli tədbirlərin keçirilməsi

2 ay

5 000,0

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi

Ağayev İlkin Ağahüseyn oğlu

Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi

3 ay

3 500,0

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi

Abbasova Məlahət Turab qızı

“Güllə altında” müharibədən əziyyət çəkən uşaqların həyatından bəhs edən sənədli-bədii filmin yaradılması

2 ay

4 000,0

Söz Azadlığını Müdafiə Fondu

Yaqubov Musa Səfiməmməd oğlu

Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması

3 ay

3 500,0

Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək İctimai Birliyi

Abbasov Vahid Kamil oğlu

Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə Qarabağa aid ictimai müzakirələrin keçirilməsi

2 ay

3 500,0

Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti

Cəfərova Novella Cəfər qızı

Ermənistan və Dağlıq Qarabağ  həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması

3 ay

5 000,0

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu İctimai Birliyi

Məsiyev Azad Yusif oğlu

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ictimai təşəbbüslərin artırılması

4 ay

3 500.0

“Ortaq dəyərlər” İctimai Birliyi

Camalov Aqil Tapdıq oğlu

“Qarabağ problemi türk dünyasının ortaq problemidir” mövzusunda müzakirələrin təşkili

3 ay

4 000,0

Yayım Assosiasiyası 

Zeynalov Yaşar Böyükağa oğlu

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşrlərin dünya ictimaiyyətinə çatdırılması

3 ay

3 000,0

Elmi Araşdırmalar İctimai Birliyi

Həsənoğlu Aygün Səhrab qızı

“Ermənistan, əsir və girovları qaytar!” adlı beynəlxalq təbliğat kampaniyasının aparılması

3 ay

4 000,0

“Göyçay inkişaf mərkəzi” İctimai Birliyi

Atakişiyev Əzizağa Nadir  oğlu

“Erməni elitasının etirafları” audiovizual filmin hazırlanması

3 ay

5 000,0

Su İstehsalçıları İctimai Birliyi

Məmmədov Doylət Hümbət oğlu

Ermənistan - Azərbaycan müharibəsində su hövzələrinə və su təsərrüfatına dəyən ziyanın dünya ictimaiyyətinə çatdırılması

3 ay

4 000,0

Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi

Verdizadə Seymur Vaqif oğlu

Erməni əsirliyində və girovluğunda olmuş azərbaycanlılarla insanlığa sığmayan davranış faktları barədə beynəlxalq aləmin məlumatlandırılması

4 ay

4 000,0

Azərbaycan Qadın Jurnalistlər Birliyi

Mirzəyeva Sevinc Osman qızı

Azərbaycan həqiqətlərinin beynəlxalq telekanallar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması

4 ay

6 000,0

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi İctimai Birliyi

Mustafayev Əsabəli Qurban oğlu

Müharibə nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının Avropa İnsan Hüquqları Məhkəməsində və digər beynəlxalq məhkəmə orqanlarında müdafiəsi

3 ay

3 000,0

Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi

Məmmədli Nəsimi Əhməd oğlu

Məcburi köçkünlərə mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Avropa İnsan Hüquq və azadlıqlarının qorunmasına dair Konvensiyada təsbit edilən hüquqları aşılamaq və məhkəməyə müraciət edənlərə hüquqi yardım göstərmək

4 ay

4 500,0

Bakı İnsan Hüquqları Məktəbi

Ələkbərov Azər Adil oğlu

İnsan hüquqları üzrə Avropa Məhkəməsində qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi

4 ay

4 000,0

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyi

Cavadova İradə Arif qızı

Hüquqşünas Qadınların Beynəlxalq Federasiyasında FIFCJ (Portuqaliya) üzvlük və əməkdaşlığın möhkəmləndirilməsi

3 ay

4 000,0

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

Əhmədov Vüqar Vaqif oğlu 

Bakıda Gənclərin Şərq Tərəfdaşlığı Forumunun keçirilməsi

3 ay

3 000,0

“Hüquqi düşüncə” İctimai Birliyi

İsayev Samir Nadir oğlu

Avropa İttifaqının  Şərq Tərəfdaşlığı Proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun 2-ci iclasına (17-18 noyabr 2010-cu il, Berlin) Azərbaycan Milli Platformasının mövqe sənədinin hazırlanması və Forum barədə Azərbaycan ictimaiyyətinin məlumatlandırması

3 ay

4 000,0

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

Qocamanlı Səidə Məmməd qızı

İnsan hüquqlarının qorunmasının strategiya və texnikasının öyrənilməsi

3 ay

5 000,0

Leykozlu Uşaqlara Dəstək İctimai Birliyi

Baxşəliyeva Xoşqədəm Hidayət qızı

Leykozlu xəstələrin müalicəsi ilə bağlı maarifləndirmə

2 ay

4 000,0

Azərbaycan Diabet Cəmiyyəti

Ömərova Möminat Məhəmməd qızı

Məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə şəkərli diabet xəstəliyinin qarşısının alınması məqsədilə təlimat və maarifləndirmə işlərinin aparılması

3 ay

4 000,0

Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyi

Xəlilov Fikrət Məmməd oğlu

Yoluxucu xəstəliklərlə bağlı əhalinin məlumatlılıq səviyyəsinin öyrənilməsi və ictimai məlumatlandırmanın təşkili

3 ay

3 000,0

Vətəndaş Hüquqlarını Müdafiə Fondu

Ağayev Ziya Zəvair oğlu

Tibbi sığorta haqqında maarifləndirmə və təbliğat işlərinin aparılması

3 ay

5 000,0

“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi

İsmayılova Himayət Rizvan qızı

Ana və uşaqlara göstərilən ilkin tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dəstək

3 ay

4 000,0

"Eko-Aləm" İctimai Birliyi

Yüzbaşeva Sevil İsmayıl qızı

Təhsil müəssisələrində uşaqlara gender məsələləri və ekoloji tərbiyə ilə bağlı biliklərin verilməsinə yardım

3 ay

3 000,0

Azərbaycan Dil Qurumu İctimai Birliyi

Rüstəmxanlı Sabir Xudu oğlu

Azərbaycan dilinin qorunması və təbii inkişafı ilə bağlı teledebatların, elmi-praktik konfransların və ictimai müzakirələrin keçirilməsi

6 ay

5 000,0

Gənc Vətənpərvərlər Birliyi

Əliyev Müqamət Süleyman oğlu

Məktəblərdə fiziki hazırlıq üzrə tədrisin keyfiyyətinin yüksəldilməsilə bağlı maarifləndirmə işlərinin aparılması

3 ay

3 500,0

Elm və Təhsildə İnkişaf İctimai Birliyi

Quliyev Əhməd Sabir oğlu

Azərbaycanın qərb bölgəsində orta məktəb müəllimlərinin interaktiv təlim metodları ilə bağlı bilik və bacarıqlarının artırılması

4 ay

3 000,0

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi

Atakişiyev Ruslan Bahyəddin oğlu

Ali təhsildə biliyin qiymətləndirilməsi  metodologiyasının təkmilləşdirilməsi

4,5

3 000,0

Demokratiyanın və Milli Dəyərlərin Təbliği

Cəfərov Əli Qurban oğlu

Şagirdlərdə vətən sevgisi və əxlaqi dəyərlərin formalaşmasında bədii ədəbiyyatın rolu barədə sinifdənkənar işin təşkili

5 ay

3 000,0

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası

Şərifova Təranə Camal qızı

Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında valideynlərin iştirakı

4 ay

3 000,0

İnkişaf Təşəbbüsləri İctimai Birliyi

Quliyeva Ziba Əjdər qızı

Qızların təhsildən yayınmasının qarşısının alınması və təhsilin keyfiyyətinin artırılması

3 ay

3 000,0

“Bacarıqlı əllər dünyası” İctimai Birliyi

Məmmədova Azadə Paşa  qızı

Azərbaycan milli mədəniyyət nümunələrinin  təbliği və qorunması

4 ay

3 000,0

İnsan Hüquqları üzrə İctimai Şura

Qafarlı Ənvər Rzaqulu oğlu

Körpələr evində yaşayan uşaqlar üçün mədəniyyət profilli peşə kurslarının təşkili

3 ay

3 500,0

Azərbaycanın Yaradıcı Ziyalıları İctimai Birliyi

Kazımov Bünyad Zinhar oğlu

Yeni ədəbiyyat portalının yaradılması və ədəbiyyatla bağlı "Paralel yazılar" adlı TV verilişlərin hazırlanması

3 ay

4 500,0

Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi

Əliyeva Kəmalə Natiq qızı

Uşaq evlərində və  internat məktəblərində uşaqlar arasında uşaq hüquqlarının təbliği və zərərli vərdişlər əleyhinə işin aparılması

2 ay

4 000,0

"Könül evi" Aztəminatlı Ailələrə Yardım İctimai Birliyi

Axundova Rüxsarə İsmayıl qızı

Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası

3 ay

4 000,0

Hüquqi Tədqiqatlar Mərkəzi İctimai Birliyi

Əsgərov Bəxşeyiş Məmməd oğlu

Uşaq evlərində yaşayan və valideyn qayğısından məhrum olan uşaqlara sosial xidmətin təşkili

3 ay

4 500,0

Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi

Rəhimov Mütəllim Qara oğlu

Lənkəran şəhərində əlil şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişafına dəstək

4 ay

4 000,0

Ailələrə Sosial Dəstək İctimai Birliyi

Rəhimova Esmira Hüseyn qızı

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün rəssamlıq kurslarının təşkili

4 ay

4 500,0

Qaçqın və Məcburi Köçkün Qadınların İnkişaf Mərkəzi İctimai Birliyi

Mehdizadə Tamara Zülfüqar qızı

Narkomaniya ilə mübarizədə yeni effektiv metodların tətbiqi

3 ay

4 000,0

Aqrar Sənaye Mühəndisləri İctimai Birliyi

Qurbanov Qurban Ramazan oğlu

Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək

3 ay

3 000,0

"Rezonans" Gənclərin İctimai Birliyi

Ramazanova Gültəkin Bəxtiyar qızı

Kommunal xidmət sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün ictimaiyyətin fəallığının artırılması proqramı

4 ay

4 000,0

Ekoloji Tarazlığın Qorunması İctimai Birliyi

Kərimov Ehtiram Kərim oğlu

Əhaliyə göstərilən sosial xidmətlərdə bələdiyyələrin rolunun artırılmasına dəstək

4 ay

5 000,0

Yerli İdarəetməyə Yardım İctimai Birliyi

Mirzəyev Vüsal Mirzə oğlu

Region əhalisinin sosial-iqtisadi problemlərinin aradan qaldırılmasında bələdiyyələrin işinin səmərəliliyinin artırılması

4 ay

3 000,0

“İslahatçı gənclər” İctimai Birliyi

Nəsirov Tural Akif oğlu

Region əhalisinə sosial-xidmətlərinin təşkili ilə bağlı maarifçilik işinin aparılması

3 ay

4 000,0

Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası

İsmayılov Xəlil İsmayıl oğlu

Kitabxanaçı kadrlara yeni kitabxana-informasiya texnologiyalarının öyrədilməsi

4 ay

4 000,0

Ekoloji Təşəbbüslər Mərkəzi İctimai Birliyi

Qaracayeva Nərgiz Nadir qızı

Hacıqabul rayonunun daşqın fəlakətinə məruz qalmış kəndlərində su mənbələri və torpağın mikrobioloji monitorinqi, əhali arasında sosial maarifləndirmə işi

2 ay

4 000,0

“Dünya” Ana və Uşaqlar İctimai Birliyi

Əliyeva Dünyaxanım Yunus qızı

Azərbaycanda məcburi köçkünlər və onların ölkənin sosial – psixoloji durumuna təsiri

4 ay

3 000,0

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyi

Qasımov Rey Kərim oğlu

Azərbaycanın ayrı-ayrı regionlarında minadan zərərçəkənlərin sosial problemlərinin həlli vəziyyətinin araşdırılması və nəticənin dəyirmi masada müzakirəsi

4 ay

4 000,0

Gəncliyin Sosial – İqtisadi İnkişafına Yardım İctimai Birliyi

Nuriyeva Zülfiyyə Səfər qızı

Yerli özünüidarəetmə (bələdiyyə) sistemində əhaliyə sosial xidmətlərin təkmilləşdirilməsi

4 ay

4 000,0

“Ayna” Qaçqın və Məcburi Köçkün Qadınlar İctimai Birliyi

Eyvazova Süsən Əlasdan qızı

Unudulmaqda olan dekorativ sənət nümunələrinin toplanması və təbliği

4 ay

4 000,0

Gənc Sahibkarlar Klubu İctimai Birliyi

Umudov Salman Fazil oğlu

Ahıllara sosial xidmətin tənzimlənməsi ilə bağlı maarifləndirmə işinin təşkili

3 ay

4 000,0

 

 

 

 

253 000 .0



Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu