Modern.az

İbrahim Tatlısəs kritik əməliyyata hazırlaşır

İbrahim Tatlısəs kritik əməliyyata hazırlaşır

Təhsil

5 Fevral 2015, 00:18

Qısa bir müddət əvvəl müalicəsi üçün Miamiyə gedən İbrahim Tatlısəsi müalicə əsnasında şəxsi və sənətçi dostları tək qoymur. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, müalicəsi davam edən məşhur müğənni həkimi tərəfindən müayinə olunarkən görünüb. Fotoşəkilin çəkildiyi zaman Tatlısəsin həkiminin yanında iş adamı İbrahim Erdemoğlu, doktor Seza Gülec və ABŞ-dan olan həkimi var.

İbrahim Tatlısəs uzun müddətl müalicəsi nəticəsində tamamilə olmasa da, sağlığına qovuşmuşdu, amma qırılan kəllə sümüyü risk daşıdığı üçün çıxarılmamış və sol tərəfi iflic olmuşdu. Görkəmli sənətkar bu sümüyün çıxarılması üçün Miamidə bir daha əməliyyat olunacaq. Riskli olan bu əməliyyat ərəfəsində sevənləri məşhur müğənniyə dəstək olur.

Miamidə müalicəsi uzun çəkəcəyindən burada bir avtomobil və ev alan Tatlısəsin bir ay içərisində əməliyyat olması gözlənilir.



Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir