Türkiyənin TV8 kanalında yayımlanan “O səs Türkiyə” mahnı yarışmasında azərbaycanlı müğənni Elnur Hüseynov uğurlu çıxışını davam etdirib.
Modern.az saytı xəbər verir ki, müsabiqənin "Son seçimlər" turunda Elnur Hüseynov "Daft Punk"ın "Get lucky" mahnısını səsləndirib. Elnurun rəqibi, Mazhar-Özkan cütlüyünün yarışmaçısı Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını oxuyub.
Ebru Gündeşin komandasında olan həmyerlimiz bu dəfə də zaldakı tamaşaçıların səsverməsi nəticəsində qalib gəlib. Bununla da Elnur müsabiqənin canlı yayımlar mərhələsinə keçib.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu “O səs Türkiyə” mahnı yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.