Modern.az

11 sentyabr terroru ilə bağlı yeni iddia: “Səudiyyə Ərəbistanı yardım edib”

11 sentyabr terroru ilə bağlı yeni iddia: “Səudiyyə Ərəbistanı yardım edib”

Təhsil

5 Fevral 2015, 10:59

Bu gün ABŞ-dakı 11 sentyabr hadisələri ilə bağlı maraqlı bir iddia irəli sürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktları ilə əlaqədar həbs edilən məhbus Zəkəriyyə Musəvi Səudiyyə Ərəbistanı kral ailəsinin hücumlar üçün maddi yardımlar etdiyini iddia edib.

ABŞ-da ömür boyu həbs cəzasına məhkum edilən Musəvi iddianı, 11 sentyabr qurbanları ailələrinin Səudiyyə Ərəbistanına qarşı qaldırdığı iddia daxilində, oktyabr ayında vəkillərinə verdiyi ifadədə dilə gətirib. Səudiyyə Ərəbistanı tərəfi səsləndirilən iddiaları təkzib edib. 

11 sentyabr hadisəsindən bir ay əvvəl viza pozuntusu səbəbi ilə nəzarətə alınan Musəvinin sərnişin təyyarəsi ilə Ağ Evə hücum etməyi planlayan qrup daxilində olduğu bildirirlirdi. Məlumatlara görə, 46 yaşındakı Fransa vətəndaşı Musəvi Minnesotada pilotluq dərsləri alıb və şəxsi hesabına “Əl-Qaidə” ilə əlaqəli şəxslər tərəfindən pul göndərilmişdi.


Şahin Qocayev  
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir