Modern.az

Sabah hava nisbətən mülayim olacaq

Sabah hava nisbətən mülayim olacaq

Təhsil

5 Fevral 2015, 12:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 6-da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında ciskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir