“AXCP-nin qurultay keçirməsi bir qədər yubanır. Partiyanın yerli təşkilatlarında konfransların keçirilməsi prosesi uzandığına görə qurultayın vaxtı müəyyən olunmayıb”. Bunu Modern.az saytına AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.
O bildirib ki, qurultayın gecikməsinin əsas səbəblərindən biri yerin olmamasıdır: “Rayonlarda konfransların keçirilməsi üçün yerli icra hakimiyyəti orqanlarına müraciət olunmasına baxmayaraq, hələ də yerlər ayrılmır.
Çalışacağıq ki, işləri sürətləndirək. Konfranslar başa çatdıqdan sonra qurultayın vaxtı dəqiqləşəcək. Konfransla hazırlıq uzunmüddətli prosesdir. Proses tam yekunlaşmasa da, konfransa hazır olan bəzi rayon təşkilatlarımız var. Onlara da yer ayrılmadığı üçün qurultayın keçirilməsi bu qədər ləngiyir”.
Yeganə OQTAYQIZI