Modern.az

“Kür çayında suyun səviyyəsi normadan da aşağıdır”

“Kür çayında suyun səviyyəsi normadan da aşağıdır”

Təhsil

5 Fevral 2015, 13:40


“Hazırda Kür çayında suyun səviyyəsi normaldır. Hətta deyə bilərəm ki, normadan bir az  aşağıdır”. Bunu Modern.az-a Sabirabad rayonundan deputat seçilən Rüstəm Xəlilov deyib.

 Onun sözlərinə görə, Kür çayında suyun səviyyəsinin aşağı enməsi, yaxud yuxarı qalxması yağıntıların miqdarından asılıdır: “Keçən il yağıntıların az olması səbəbindən ölkə ərazisində kiçik çaylar qurumuşdu. Kür çayında isə suyun səviyyəsi aşağı düşmüşdü.

Təbii ki, Kür çayında suyun tam quruması mümkün deyil. Çünki sel suları Araz çayına tökülür və Araz çayı da Kür çayı ilə qovuşur. Bu il də yağıntıların miqdarı ötən ildəki kimi aşağı olarsa, quraqlıq davam edərsə, Kür çayında suyun səviyyəsi aşağı enəcək. Ancaq hələ ki vəziyyət normaldır”.  

2014-cü ildə Azərbaycanda yağıntıların miqdarı normadan çox aşağı olub. Bu səbəbdən də ölkə ərazisində kiçik çaylarda quruma baş verib, Kür çayında isə suyun səviyyəsi aşağı düşüb.  

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir