Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Almaniyanın Köln şəhərində yürüş keçiriləcək.
Bu barədə məlumatı Modern.az-a Alman Azərbaycan Mədəniyyət Evinin icraçı katibi Rəşad Quliyev verib.
O bildirib ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə keçiriləcək yürüş-mitinq Kölndəki Dom Kilsəsinin önündə start götürəcək. Fevralın 22-də baş tutacaq aksiyaya dəstək vermək məqsədilə Alman Azərbaycan Mədəniyyət Evi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib: “Yürüş-mitinqi keçirməkdə məqsəd Xocalıda baş verən cinayətə dünya birliyinin diqqətini cəlb etməkdir”.
Rəşad Quliyev deyib ki, aksiya “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçiriləcək.