Modern.az

Fransa prezidentindən Ukraynanı qəzəbləndirəcək AÇIQLAMA

Fransa prezidentindən Ukraynanı qəzəbləndirəcək AÇIQLAMA

Təhsil

5 Fevral 2015, 16:16


“Fransa Ukraynanın NATO-ya üzv olmasını arzu etmir”. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezidenti Fransua Olland keçirdiyi ənənəvi mətbuat konfransında belə açıqlama ilə çıxış edib.

  Onun sözlərinə görə Ukraynanın şərqində heç kim müharibə istəmir. Fransa lideri söyləyib ki, Ukraynadakı münaqişə  diplomatiyanın və siyasətin köməyi ilə həll edilməlidir.  

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkellə Ukrayna münaqişəsini müzakirə etmək üçün sabah Moskvaya səfər edəcək.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir