Modern.az

Azərbaycanlı girovların məsələsi Türkiyə parlamentində qaldırıldı

Azərbaycanlı girovların məsələsi Türkiyə parlamentində qaldırıldı

Təhsil

5 Fevral 2015, 16:25



Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi, Türkiyənin Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin və Qarabağ Azadlıq Təşkilatının Türkiyə Təmsilçiliyinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Ankaradakı ofisi qarşısında Azərbaycanlı girovlar Dilqəm Əsgərov  və Şahbaz Quliyevlə bağlı etiraz aksiyası keçirilib. Aksiyada bir çox tanınmış şəxslər, o cümlədən CHP-dən olan millət vəkilləri Ali Özgündüz, Mustafa Balbay iştirak və çıxış ediblər.
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin verdiyi məlumata görə, həmin millət vəkilləri aksiyadan sonra parlamentin iclasında girovlarla bağlı məsələni qaldırıblar, məsələ ətrafında müzakirə açılıb, digər millər vəkilləri də dəstək veriblər və sonda girovların azadlığa çıxarılması üçün fəaliyyət göstərilməsi təklifi ilə Türkiyə Xarici İşlər Nazirliyinə müraciət olunub.


Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir