Modern.az

Pentaqondan Putin haqda şok İDDİA

Pentaqondan Putin haqda şok İDDİA

Təhsil

5 Fevral 2015, 16:38


Pentaqon nəzdində fəaliyyət göstərən “Office of Net Assessment” adlı düşüncə mərkəzi Rusiya prezidenti Vladimir Putində psixi pozğunluq olduğunu iddia edib.

Modern.az saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə sözügedən qurum bununla bağlı Putinin bədən dilini incələyən araşdırmanın nəticələrini yayımlayıb.

Qeyd edək ki, Putinin psixi portreti ilə bağlı bu hesabat 2008-ci ildə hazırlanıb. Hesabatda bildirilib ki, Rusiya lideri Putin Asperger sindromundan əziyyət çəkir.

Göstərilib ki, məhz bu səbəbdən Putinin qərarlarında psixi pozğunluğu müşahidə etmək olar. Bununla yanaşı, hesabatı hazırlayanlar onu da iddia edib ki, Putinin uşaqlıq vaxtlarında nevroloji inkişafı formalaşmayıb.  

Putinin beyni incələnmədiyindən iddiaları təsdiq edən dəlillər azdır. Ancaq Putinin davranışları, mimikaları Pentaqonun iddialarını müəyyən mənada təsdiq edə bilər.    

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir