Modern.az

Bələdiyyələrdə çalışanlar davranışlarına fikir verməyə məcbur olacaqlar

Bələdiyyələrdə çalışanlar davranışlarına fikir verməyə məcbur olacaqlar

Təhsil

5 Fevral 2015, 16:45


Bu gün Milli Məclisin  Regional məsələlər komitəsinin iclası olub. Komitənin üzvü Tahir Rzayev Modern.az-a müzakirəyə çıxarılan bələdiyyələrlə bağlı yeni qanun layihəsindən danışıb:

“Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə “Bələdiyyələrin etik davranış qaydaları haqqında” qanun layihəsi daxil olub. Bu, çox vacib layihədir.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi  də var. Bu gün artıq  bələdiyyədə çalışanların  davranışları, hərəkətləri, hüquqları müəyyən olunub. Bələdiyyələr insanlarla işləməyi, insanlarla münasibəti düzgün qurmalıdırlar.  

Bugünkü müzakirədən sonra həmin layihənin parlamentin plenar iclasının gündəliyinə salınmasını tövsiyə etdik. Bələdiyyələrin inzibati nəzarətləri ilə əlaqədar Ədliyyə Nazirliyinin hesabatı da hazırdır”.    

Namidə BİNGÖL  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir