Gürcüstan hökuməti ölkədə təbii qazın bahalaşmaması üçün Azərbaycanın SOCAR şirkəti ilə danışıqlara başlayıb.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, baş nazir İrakli Qaribaşvili məsələ ilə bağlı müavininə Azərbaycan tərəfi ilə danışıq aparmağı tapşırıb: “Hesab edirəm ki, biz təbii qaz tarifinin ən azı bu mərhələdə bahalaşmasına imkan verməməliyik.
Bizim “SOCAR” şirkəti ilə danışıqlarımız olub. Onlar da bu məsələni müzakirə etməyə hazırdırlar. Ona görə də iki müavinimi və İqtisadi Şura üzvlərini “SOCAR”la mənim adımdan danışıqlar aparmağa və bu məsələni qısa müddətdə həll etməyə çağırıram”.
Gürcüstanda hüquqi şəxslər üçün təbii qazın qiyməti martın 1-dən bahalaşaraq hər kubmetr üçün 0,45 laridən 0,9 lariyə qalxacaq.
Modern.az