Almaniya- Azərbaycan Mədəniyyət Evi Ermənistan silahlı qüvvələrinin girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə kömək üçün ATƏT PA Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Ümumi Komitəsinin sədri İsabel Santosa müraciət edib.
Modern.az-ın məlumatına görə, müraciətdə Almaniya- Azərbaycan Mədəniyyət Evi rəhbərliyi öz narahatçılığını ifadə edərək, Ermənistan rəhbərliyinin qeyri-qanuni hərəkətlərinə artıq son qoyulmasının vacibliyini bildirib.
Qurumun İdarə Heyətinin üzvü Toğrul Əziz saytımıza bildirib ki, müraciətdə komitə sədrindən məsələyə rəsmi bir yanaşma göstərilməsi istənilib: "Biz ondan Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər bölgəsində öz dədə-baba qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülməsinə, onların Ermənistan tərəfindən işgəncələrə məruz qalmasına münasibət bildirməsini xahiş etmişik. Eyni zamanda ATƏT Parlament Assambleyasının qış sessiyasında bu məsələnin qaldırılmasını və girovların azad edilməsini xahiş etmişik".
Şahin Qocayev