Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenkonun “tet-a-tet” formatda Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla görüşü keçirilir. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu formatda görüş başa çatandan sonra üç dövlət liderinin geniş iclası başlayacaq. Angela Merkellə Fransua Ollandın Kiyevə yeni sülh planı ilə gəldikləri bildirilib. Onlar Kiyevdən Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya yollanacaqlar.
Modern.az