Bakının Yasamal rayonundakı A.Ağaverdiyev adına tam orta məktəbdə bir sıra elmi kəşfin-qlaukomanın müalicəsində son üsullardan olan"Musayev üsulu",oftalmologiyada yeni dərman pereparatı"Aktipol"un və başqa elmi kəşflərin müəllifi,ABŞ-nınBiblioqrafiya institutunda keçirilən "2000 alim və intellektual"seçimində "İlin adamı", Amerika və Dünya türk cümhuriyyətləri oftalmologiya birliyi Bilimsər qurumun həmsədri və bir çox fəxri adlara, qızıl medala layiq görülən həkim-şair Paşa Qəlbinurla görüş keçirilib.
Modern.az xəbər verir ki, görüşdə sevimli şairə, məktəblilərin onun sözlərinə yazılan mahnı ilə məktəbdən vidaşdığı, o cümlədən xeyli dəyərli şeirlərin müəllifi Kamalə Abiyeva da iştirak edib. O tədbiri açaraq məktəblərdə şair və yazıçılarla, xalqımızın ziyalıları ilə tədbirlərin keçirilməsinin təlim-tərbiyəyə böyük mənəvi dəstəyinin olduğunu vurğulayıb. Belə tədbirlərin keçirilməsiylə bağlı nazir M.Cabbarovun imzaladığı sərəncamın əhəmiyyətini qeyd edib. Tədbirdə məktəbin direktoru Kərim Abidi, direktor müavini Sürəyya Yusifova,eləcə də müəllim və şagird kollektivi iştirak edib.Şagirdlər bu görüşdən aldıqları sevinci alim-şairlə bölüşüb,onun şeirlərini səsləndiriblər.
Elmin NURİ