Modern.az

UEFA "Qarabağ"ın şikayətini təmin etmədi

UEFA "Qarabağ"ın şikayətini təmin etmədi

Təhsil

6 Fevral 2015, 00:35


Bu gün UEFA Nəzarət və Nizam-İntizam Komitəsinin iclası keçirilib.

İclasda Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən "Qarabağ" - "İnter" görüşündə (0:0) Ağdam təmsilçisinin təmiz qolunun baş hakim Miroslav Zelinka tərəfindən qeydə alınmaması məsələsinə də baxılıb.

Məlumata görə, oyunun yenidən keçirilməsi və ya qolun qeydə alınması ilə bağlı protest rədd edilib.

Hakimliklə bağlı məsələyə toxunulmaması normaldır: "Adətən bu kimi durumlarda kluba rəsmi məlumat verilmir. Sonra UEFA özü hakimliklə bağlı qərarı açıqlaya və ya açıqlamaya bilər". Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə qrup ikincisi kimi Ukrayna “Dnepr”i adlayıb. "İnter" isə birinci yeri tutub. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir