Bəşər tarixinin ən qanlı və uzunmüddətli mühasirələrindən biri kimi xatırlanan Leninqrad mühasirəsi insanların yaddaşında silinməz izlər buraxıb. İkinci dünya müharibəsinin əvvəlində alman qoşunları tərəfindən mühasirəyə alınan şəhər 872 gün müdafiə olunaraq təslim olmayıb. Dəhşət saçan bombardman, aclıq və səfalətə baxmayaraq bu mühasirədən çoxsaylı insanlar qurtula bilib.
Modern.az saytı mühasirə zamanı insanların yaşadığı dəhşətli anları oxuculara təqdim edir.
Qanla böyüyən körpələr
Ağır ərzaq qıtlığı şəraitində mühasirədə olanlara çörək talonla verilirdi. Əsgərlər üçün gündəlik 500 qram, işçilər üçün 250, yaşlı kişilər, və himayəsində uşaq olan qadınlar üçün 125 qram çörək payı ayrılırdı. Mühasirədən ən çox əziyyət çəkən uşaqlı ailələr xüsusəndə körpə uşaqları olan analar idi. Aclıq və səfalətdən südü qurumuş analar uşaqlarını yedizdirmək üçün döş vəzlərini kəsərək əmziklərə qan damızdırıb uşaqlarına verirdilər.
Xilaskar “mioldayan divizya”
Mühasirə dövründə leninqaradlılar əllərinə keçən ev heyvanlarının hamısını yeyirdilər. Nə qədər qəribə olsada pişiklər sahibləri üçün ərzaq daşıyıcısına çevrilmişdi. Onlar ətrafda olan mişovulları tutaraq ev sahiblərinə gətirirdilər. Pişiklər bununla həm də sahiblərini ərzaq gəmiriciliərindən xilas olmağa kömək edirdilər. Məhz bu xidmətlərinə görə hazırda Sank-Peterburqda “Miyoldayan diviziya”nın xatirəsinə iki pişik heykəl qoyulub.
İnsanlar mədələrinin həzm edə biləcəyi nə var idisə hamısı yeyirdilər. Divar kağızları üçün hazırlanmış yapışqanları isti suda qaynadaraq şorba hazırlayırdılar. Dəri çəkmələr, gödəkçələr, remenlər və başqa bu tipli əllərinə keçən əşyaları şəhər sakinləri ərzaq kimi istifadə edirdilər. Mühasirənin başlanğıcında şəhərin ərzaq anbarlarında iri həcmdə müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş ərzaq məhsulları olsa da, sonradan onların hamısı istifadəsiz hala düşmüşdü. Bombardmanlar zamanı və yanğın nəticəsində Badayevski mağazalarının anbarlarında saxlanan ərzaq məhsullarının hamısı yanaraq kül olmuşdu. Şəhər sakinləri kül qatının altında torpağa qarışmış qəndi, şəkəri yığaraq suda qayanadıb ilə içirdilər.
Bomba yağışı altında heyvanxana
Mühasirənin ilk ayında Leninqradda insanlar arasında ən məhşur yemək kələm kökü və yarpaqları idi. Əkin sahələrində məhsul 1941-ci ilin payızında yığılsa da, kələm kökləri və yarpaqları tullantı kimi sahələrədə qalmışdı. Mühasirədə qalanlar tez -tez sahələrə baş çəkərək həmin tullantıları yığıb ərzaq kimi istifadə edirdilər. İsti aylarda isə insanların ən sevimli yeməyi otlar idi, bu sıraya ot, yarpaq, və ağac qabıqları daxil idi. Bunlardan ən dadlısı isə çətənə kolları hesab olunurdu. Çünkü çətənə kolunun tərkibində xeyli yağ var idi.
Maraqlıdır ki, adamlar ölümlə çarpışsalar belə, şəhərdə heyvanxana öz fəaliyyətini davam etdirirdi. Mühasirədən qabaq bəzi heyvanlar köçrülmüş, bəziləri bobardman və aclıqdan ölsələr də, bir çoxları sağ qala bilmişdi. Zoparkın işçiləri heyvanları yedizdirmək üçün müxtəlif hiylələrdən istifadə edirdilər. Yırtıcılara dovşan və başqa xırda heyvanların dərisinə bükülmüş ot yedizdirirdilər.
Tarixə qanlı hərflərlə yazılmış Leninqrad mühasirəsi 8 sentyabr 1941-ci ildən 27 yanvar 1944-cü ilə qədər yəni, 872 gün davam edib. Bu müddət ərzində bombardmandan və aclıqdan 623 mindən çox insan həlak olub.
Siyavuş ƏMİRLİ