Modern.az

Hesablama Palatası Qərib Məmmədovun ləğv olunan komitəsində yoxlama aparıb

Hesablama Palatası Qərib Məmmədovun ləğv olunan komitəsində yoxlama aparıb

Təhsil

6 Fevral 2015, 11:17

Modern.az saytı xəbər verir ki, Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. Palatanın mətbuat xidmətindən bildirilib ki, kollegiya iclasında dövlət büdcəsindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsinə, həmçinin büdcədənkənar vəsaitlərin formalaşması və istifadəsinə dair audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumuna göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, aşağıdakı nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub:

-  dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Tovuz rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair;
-  dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından  Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir