Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Amerika Ticarət Palatasının ölkəmizdəki nümayəndəliyi tərəfindən Korporativ Sosial Məsuliyyət sahəsində ən yaxşı layihələr üçün təsis edilmişnüfuzlu mükafatı qazanıb.
JTI 2014-cü ildə həyata keçirdiyi əhalinin içməli su ilə təmin edilməsi layihəsinə görə “Regionların inkişafı” kateqoriyasında “Gümüş Mükafat”a layiq görülüb.
Mükafat Amerika Ticarət Palatası tərəfindən təşkil edilmiş rəsmi mərasimdə təqdim olunub.
JTI 2014-cü ildə Azərbaycan Milli QHT Forumunun Kürdəmir rayonunun Qarasaqqal kəndində 1,800 nəfərə yaxın insanın içməli su ilə təminatını nəzərdə tutan layihəni dəstəkləyib.
Layihə 2014-cü ilin aprelində başa çatdırılmış və yerli sakinlərin ixtiyarına verilib. Ötən il şirkətin dəstəyi ilə əhalinin içməli su ilə təminatı sahəsində Şəki və Lerik rayonlarında daha iki layihəyə start verilib.
Həmin layihələrin tezliklə başa çatdırılması planlaşdırılır.
Su təminatı layihələri JTI şirkətinin Korporativ Sosial Məsuliyyət sahəsində həyata keçirdiyi layihələrin yalnız bir hissəsidir. Digər layihələr ehtiyacı olan insanlara yardım və incəsənətin dəstəklənməsini əhatə edir.
Bu istiqamətlərdə JTI Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, “Yarat” müasir incəsənət məkanı və “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyi ilə əməkdaşlıq edir.
Modern.az