“Azərbaycanın Qarabağ boyda problemi olduğu halda niyə gənclərimiz gedib Suriyada döyüşməlidirlər?”. Modern.az xəbər verir ki, bunu “Ailə institutu və dini dəyərlərin vəhdəti” mövzusunda keçirilən konfransda Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. O, ailə institutunun güclü olmasının vacibliyini vurğulayıb:
“Azərbaycan gənclərini Suriyaya aparan ideologiya var. Yoxsa, burdan basa-basa Suriyaya niyə getsinlər? Bu cür halların qarşısını almaq üçün ailə institutu güclü olmaldır. Unutmayaq ki, ailədə qadının rolu əsadır. Ona gorə də qadın savadlı, mədəni, dünyagörüşlü olmalıdır. Xüsusilə ailədə böyüyən oğlan uşaqlarının tərbiyəsinə diqqət yetirilməlidir. Biz milli ideoloji boşluqları görməliyik. Bu sahədə Gənclər və İdman, eləcə də Mədəniyyət və Turizm nazirliklərinin üzərinə böyük iş düşür. Niyə gənclərimiz musiqi ilə idmanın hansısa növü ilə məşğul olmasın? Amma "Topaz"-da və digər totalizator mərc oyunlarında, internet kafelərdə vaxt keçirsinlər. Təbii ki, bu cür halların baş verməsi də qumar kimidir”.
Namidə BİNGÖL