Modern.az

Dövlət Komitəsindən açıqlama: “Azərbaycanda geni dəyişdirilmiş məhsullar satılmır”

Dövlət Komitəsindən açıqlama: “Azərbaycanda geni dəyişdirilmiş məhsullar satılmır”

6 Fevral 2015, 12:20


Gün ərzində kənd təsərrüfatı məhsulları bazarında geni dəyişdirilmiş məhsullara hamı rast gəlir. Halbuki, qanunla bu məhsulların ölkəyə gətirilməsi qadağan olunur.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı-“Azərittifaq”ın sədri Eldar Quliyev də Modern.az-a müsahibəsində bu faktı təsdiqləyib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a açıqlamasında bildirib ki, bunun üçün laboratoriyalar var: 

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdindəki laboratoriyalar çox müasir avadanlıqlarla təchiz edilib. Geni modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar olunmasında bu avadanlıqlardan istifadə edirik”. 

O qeyd edib ki, komitə nümayəndələri bazarlardan nümunələr götürürək  sınaqlar keçirir. “Əgər belə iddialar, şübhələr varsa, bizim laboratoriyaların qapıları hər kəsin üzünə açıqdır. Məhz GMO olduğu iddia olunan məhsulları laboratoriyaya təqdim edə, sınaqların aparılmasında iştirak edə və nəticələrlə tanış ola bilərlər. Bu, həm də bizim işimizə dəstək olar, bazarda belə məhsulların aşkar olunmasında kompleks addım atılmış olar”. 

“Əgər GMO Azərbaycanda qadağandırsa, bazarlara necə gedib çıxa bilir” sualına cavab olaraq komitə rəsmisi deyib ki, bazarlarda GMO olduğu doğru məlumat deyil: “Bəli, bir neçə il əvvələ kimi Azərbaycanda bu cür məhsullar satılırdı, onu aşkar edərək müvafiq tədbirlər də görmüşdük. İndi Azərbaycanda GMO yoxdur, kim bunun əksini iddia edirsə, buyursun laboratoriyamıza. Çünki son dövrlər biz araşdırdığımız məhsulların tərkibində GMO çıxmayıb”. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...