Modern.az

Deputat Azərbaycan mediasını qınadı

Deputat Azərbaycan mediasını qınadı

Təhsil

6 Fevral 2015, 13:10

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Ailə İnstitutu və Dini Dəyərlərin Vəhdəti” adlı konfransda Azərbaycan mətbuatını dünya mətbuatı ilə müqayisə edib. Modern.az-ın verdiyi xəbərə görə, deputatın fikrincə, dünya mətbuatında ailədaxili münaqişələr barədə heç nə yazılmır:

“Türkiyə və Azərbaycan mətbuatında isə dini dəyərlərimizə uyğun olmayan halların geniş yayıldığını görürük. “Ata qızının başını kəsdi, oğul anasını öldürdü” kimi xəbərlər mətbuatda geniş işıqlandırılır. Ona görə də üzümü Azərbaycan mətbuatına tutaraq demək istəyirəm ki, Azərbaycana yaramayan vətəndaş nikahı, eynicinsli nikahların təbliği əvəzinə, onlara qarşı mübarizə aparmalıyıq.”  

Namidə BİNGÖL
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir