Modern.az

ABŞ-ın “ən yaraşıqlı” cinayətkarına bahalı müqavilə təklif olundu

ABŞ-ın “ən yaraşıqlı” cinayətkarına bahalı müqavilə təklif olundu

Təhsil

6 Fevral 2015, 13:58


ABŞ-ın “ən yaraşıqlı cinayətkarı” adlanbdırılan Ceremi Miks qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, Miksin həbs olunan zaman çəkilən şəkli Stokton şəhər polis idarəsinin “Facebook” səhifəsində yerləşdirildikdən sonra 100 mindən artıq istifadəçi tərəfindən bəyənilib, 12 min 800 dəfə paylaşılıb. Şəklin altında yerləşdirilən şərhlərin sayı isə 27 mini keçib.

Populyarlığı səbəbindən Miksə 2 Hollivud agentliyi tərəfindən ayda 30-100 min dollar arasında gəlir vəd edən model müqaviləsi təklif olunub. Lakin model kimi işləməzdən öncə, Miks 27 aylıq həbs cəzasını çəkməli olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir