Modern.az

“AMİP yeni yaranan bloka üzv olmayacaq” – Yusif Bağırzadə

“AMİP yeni yaranan bloka üzv olmayacaq” – Yusif Bağırzadə

Təhsil

6 Fevral 2015, 17:01

 

“Bu gün parlament seçkilərində iştirak etmək məqsədilə seçki bloku təsis edənlərə uğurlar arzulayıram. Amma biz hələ blok yaratmağa hazır deyilik”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

AMİP sədri  8 partiyanın təsis etdiyi “Azadlıq-2015” seçki bloku ilə münasibət saxlamaqda maraqlı olduqlarını deyib: “Onların təşəbbüsü ilə bizim görüşümüz olub. “Azadlıq-2015” seçki blokuna daxil olan partiyaların rəhbərləri AMİP-də də görüşlər keçiriblər. Danışıqlar gedib. Bizim partiyanın bu haqda siyasi qərarı olmalıdır. Hələlik o qərar yoxdur. Ola bilsin ki, biz ya başqa siyasi təşkilatla blok yaratdıq, ya da qarşıdan gələn parlament seçkilərinə təkbaşına getdik. Bu, bizim Mərkəzi Şuranın verdiyi qərardan asılıdır. Yaxın günlərdə şuranı çağıracağıq. “Azadlıq-2015”ə daxil olan siyasi təşkilatlarla ikitərəfli münasibətləri saxlamaqda da maraqlıyıq. Yəni minimum əməkdaşlıq prinsipinə sadiq qalırıq. Seçki öncəsi siyasi təşkilatlarla çoxtərəfli görüşlər keçirəcəyik. Həmin siyasi təşkilatlarla seçki öncəsi memorandum imzalamaqda da maraqlıyıq. Bu memorandumu imzalamaqda məqsəd seçki dairələrində bir-birimizə mane olmamaq və daha güclü namizədə səs verməklə bağlı olacaq”.

Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan 8 partiya “Azadlıq-2015” seçki blokunun təsis olunması ilə bağlı bəyanat yayıb. Seçki blokunun təsisçiləri AzDP, ALDP, Azadlıq, AXP, BXP, KXCP, VİP və Aydınlar parityalarıdır.

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir