Modern.az

“Magistratura ilə bağlı ikinci mərhələyə seçimdə yeniliklər olacaq” – AÇIQLAMA

“Magistratura ilə bağlı ikinci mərhələyə seçimdə yeniliklər olacaq” – AÇIQLAMA

Təhsil

6 Fevral 2015, 17:04


“Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbulla bağlı akademiyadan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi sənəd təqdim edilməyib.Onların magistraturaya qəbulun aparılması üçün lisenziya aldığına isə ümid edirəm”. Modern.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə açıqlama ilə çıxış edib.

O,  Elmlər Akademiyasının magistratura pilləsinə qəbulun aparılması yollarından danışıb. TQDK sədrinin sözlərinə görə bunun iki yolu var. Məleykə Abbaszadə bildirib ki, bunun üçün ya “Təhsil haqqında” qanun layihəsi qəbul edilməli, ya da elmi tədqiqat institutuna lisenziya verilməlidir.  

“Lakin bu məsələdə ikinci yola üstünlük verilir və bunun üçün hüquqi əsaslar var. Hüquqi müstəvidə lisenziya alınıbsa, bu işlərin həyata keçirilməsində problem olmayacaq və fevralın 22-də TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak edə biləcəklər.  I mərhələdə magistraturaya qəbul olmaq istəyən hər kəs bu mərhələdən keçməlidir. Seçim isə  ikinci mərhələdə aparılacaq. İkinci mərhələnin hansı formada keçirilməsi ilə bağlı isə Elmlər Akademiyası ilə müəyyən dəqiqləşdirmələr aparılır. Onlarda ikinci mərhələyə seçimdə müəyyən yeniliklər olacaq”.  

Ulduz İbrahimova

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir