Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə “Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyasına daha bir ali məktəb qoşulub. Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, BDU-nun Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatları bu istiqamətdə aparılan təbliğat işində yaxından iştirak edirlər. Onlar universitetin sosial şəbəkələrdəki səhifələrində gəncləri məlumatlandırır və onları daha aktiv olmağa səsləyirlər.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsinin alovlanmasında, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalında və Xocalı faciəsinin törədilməsində iştirak edən Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanınması üçün 100 min səsin qısa müddətdə toplanması planlaşdırılır.
Modern.az