Akademik Təhsil Qurumunun layihə rəhbəri Razi Vəliyev xaricdə təhsil alan tələblər barədə danışıb. O, Modern.az saytına bildirib ki, qurumun xətti ilə 2014-cü ildə xarici ölkəyə gedən tələbələrin sayı 150 nəfər olub:
“Tələbələrin əsasən Türkiyəni, İngiltərəni və çox az halda Amerika, Avstraliyanı seçirlər. Türkiyədəki təhsil xərcləri ilə digər dövlət universitetləri arasında çox fərq yoxdur. Hətta bəzən Türkiyədə təhsil daha ucuza başa gəlir. Özəl universitetlərin təhsil haqları 6 min dollardan başlayır”.
Razi Vəliyev əlavə edib ki, qurum tələbələri əsasən dövlət universitetlərinə yönəldir: “Qurumun tələbələrin xaricdə təhsil alması üçün 2015-ci ildə də planları var. Bu, həm universitetlərin qəbul şərtlərinə, həm də attestatların verilməsi, eyni zamanda Avropa ölkələri üçün universitetlərin qəbul şərtlərinə uyğun davam edəcək.
Seçimin geniş olması baxımından tələbələrin daha tez müraciət etməsi məsləhətdir. Aprel ayında müraciət edən bir tələbənin və ya abituriyentin seçim imkanı ilə sentyabr ayında müraciət edənlər eyni olmur. Həm ödəmə baxımından, həm də təhsil haqları nəzərə alındıqda erkən müraciət daha avantajlıdır”.
Yeganə OQTAYQIZI