Modern.az

Çavuşoğlu İsrailə görə Münhen Təhlükəsizlik Konfransına getmədi

Çavuşoğlu İsrailə görə Münhen Təhlükəsizlik Konfransına getmədi

Təhsil

6 Fevral 2015, 17:53


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransı üçün nəzərdə tutulan səfər proqramını ləğv edib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mövlud Çavuşoğlunun həmin konfransda çıxışı gözlənilirdi.

Bu barədə jurnalistlərin suallarını cavablandıran nazir səfərini ləğv etməsinin səbəblərini açıqlayıb.

O bildirib ki, İsrailin nümayəndə heyətinin də Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəyini biləndən sonra səfərini ləğv etmək qərarına gəlib.

Mövlud Çavuşoğlu onu da bildirib ki, Türkiyənin Almaniya ilə əlaqələri Münhen Təhlükəsizlik Konfransı ilə məhdudlaşmır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir