Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub.
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Azadlıq” qəzetinə bildirib ki, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.
Modern.az-a açıqlamasınsda isə vəkil Fəxrəddin Mehdiyev Lamiyənin işinin yüngülləşəcəyinə ümid etdiyini vurğulayıb:
“Verilən apelyasiya şikayəti 2010-cu ildə Cinayət Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsilə çıxarılan hökmün ağırlığına aid edilir. Təbii ki, mütləq şəkildə hökm dəyişdiriləcək və cəza yüngülləşəcək. Amma bu qərar məhkəmədən asılıdır”.
Modern.az