Modern.az

Qubad İbadoğlunun tərəfdarları Müsavatdan istefa verib

Qubad İbadoğlunun tərəfdarları Müsavatdan istefa verib

Təhsil

7 Fevral 2015, 00:02

Müsavat Partiyası başqanının sabiq müşaviri Hüseyn Məlik partiya sıralarından istefa verib.

Bu barədə APA-ya Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli məlumat verib. O deyib ki, H. Məlik Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun partiyadan xaric edilməsinə etiraz olaraq bu addımı atıb.

Qeyd edək ki, H. Məlik bu il avqustun 13-də Müsavat Partiyasından istefa verməsi barədə sosial şəbəkələrdə məlumat versə də, daha sonra başqanın müşaviri vəzifəsindən istefa verdiyi, lakin partiyanın sıravi üzvü kimi fəaliyyət göstərdiyini qeyd edib.  

Q. İbadoğlunun partiyadan çıxarılmasına etiraz olaraq Müsavat Partiyası Fizuli rayon təşkilatının sədr müavini Zakir Səfixanoğlu partiyadakı vəzifəsindən, hüquqşünas, kimya üzrə fəlsəfə doktoru Səftər Nehmətli, Kənan Haqverdi isə partiyadan istefa veriblər.

Xatırladaq ki, Q. İbadoğlu fevral;n 6-da Müsavat Divanının qərarına əsasən partiyadan xaric edilib.

Moden.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir