Modern.az

Ərdoğanın iqamətgahını dinləyənlər tutuldu

Ərdoğanın iqamətgahını dinləyənlər tutuldu

Təhsil

7 Fevral 2015, 00:30


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqamətgahını dinləyən iki nəfər həbs olunub. Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda prezidentin özü Bursa Ticarət və Sənaye Odasının təşkil etdiyi toplantıda bildirib:

”Mənim iqamətgahımı dinləyənlərdən iki nəfəri Rumıniyada tutulub. Bir an əvvəl onların Türkiyəyə qaytarılmasını istədik”.

Ərdoğan Türkiyənin inkişafından və güclənməsindən narahat olanlara mesaj yollayıb. "Daxildə də narahat olanlar var, xaricdə də. Bunu xüsusilə bilmənizi istəyirəm… Bunlar hər fürsəti istifadə etməkdən çəkinmirlər. Bəziləri də bunlara könüllü maşalıq, könüllü xidmətçilik edir. Öz ölkələrini xarici mediaya, xarici güc mərkəzlərinə şikayət edirlər. Baxırsınız ki, İstanbulda özləri üçün bir etiraz nümayişi edirlər, əllərində ingiliscə yazılmış şüarlar. İngiliscə twit atırlar. Bu twitləri hara göndərdiklərinə baxırsınız, Amerikadakı, Avropadakı müəyyən quruluşlara, müəyyən adlara göndərirlər".

Ərdoğan satqınların başında duran şəxsin Amerikada olduğunu vurğulamaqla bunun Fətullah Gülən olduğuna işarə edib.

"Artıq şəxsimə, ailəmə təhdidlərə başladılar” deyən Türkiyə prezidenti bunu alçaqlıq adlandırıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir