Modern.az

Səxavət Əlisoydan Arif Hacılıya sərt İTTİHAM

Səxavət Əlisoydan Arif Hacılıya sərt İTTİHAM

Təhsil

7 Fevral 2015, 11:05


“Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqı yoxdur”. Modern.az saytının məlumatına görə bunu Müsavat Partiyasının keçmiş üzvü Səxavət Əlisoy özünün facebook hesabında yazıb. O Müsavat başqanı Arif Hacılının ünvanına yenidən ittihamlar səsləndirib:

“"Demokrat" Hacılı Müsavatın VIII qurultayında saxta yolla başqan olduqdan sonra hansı oyundan çıxdı. Başqanlıq seçkisində rəqibi olan 3 müsavatçıdan ikisini partiya sıralarından xaric etdi. Göstərişi ilə neçə müsavatçı partiya cəzası aldı... Bu faktlar ortadasa, Müsavat hansı haqla demokratik dəyərlərdən danışa bilər? 

Bir anlığa təsəvvür edin ki, ona hakimiyyətdə hər hansı bir vəzifə həvalə edilib ( hərçənd ki, bunu Hacılı yalnız yuxusunda görə bilər) adam nələr etmək eşqinə düşərdi.
Tanrı dağına baxıb qar verər. Hacılı CILIZ adamdır, onu yaxından tanıyanların hər biri onun nə qədər cılız olduğunu gözəl bilir. 
Zat cılız olduğu üçün Müsavatı da özünə oxşatmaqda qərarlıdır”.  

Ötən gün Müsavat Partiyasının Divanının verdiyi qərara əsasən,  Qubad İbadoğlunu partiya sıralarından xaric edilib.

Modern.az 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir