Modern.az

Deputat məmurlardan danışdı - FOTO

Deputat məmurlardan danışdı - FOTO

Təhsil

7 Fevral 2015, 13:28

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən Millət vəkili seçilmiş Aqiyə Naxçıvanlı fevralın 5-də Oğuz rayonunda olub. Burda aparılan abadlıq-quruculuq işləri ilə tanış olub, yeni asfalt örtüyü salınmış küçələrə baxış keçirib, Heydər Əliyev Mərkəzinin tikintisi ilə yaxından maraqlanıb.

Modern.az xəbər verir ki, deputat Oğuz Rayon İcra Hakimiyyətinin “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş şura iclasında iştirak edib.

Millət vəkili iclasda Prezident İlham Əliyevin 2014-cü ilinin yekunlarına həsr olunmuş çıxışından danışıb. Daha sonra respublikada və Oğuz rayonunda aparılan işlər haqqında müzakirələr aparılıb.

“Ölkəmizdə uğurlu inkişaf gedir və Oğuz rayonu da bundan yetərincə bəhrələnir. Həmçinin burda turizm inkişaf edib, rayon ərazisində qeydiyyata alınmış 32 tarixi abidənin bərpası və qorunması işləri, gənclərin peşə seçimi və asudə vaxtlarının səmərəli keçirilməsi, İdman kompleksinin fəaliyyəti, səhiyyə və digər əhəmiyyətli sahələrdə inkişaf gedir”- deyə, millət vəkili vurğulayıb.  Deputat eyni zamanda məmurların xalqla rəftarı, etik davranışları barədə də danışıb.

Hesabat iclası başa çatdıqdan sonra  A. Naxçıvanlı seçiciləri ilə görüşüb.. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.


Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir