Dünyanın keçmiş dövlət xadimləri Cənubi Qafqaza səfərə gəlir. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays, Amerikanın keçmiş müdafiə naziri Uilyam Perri və eləcə də SSRİ-nin birinci prezidenti, “pererstroyka” və postsovet münaqişələrinin müəllifi Mixail Qorbaçov sentyabrın 7-də Tiflisdə toplaşacaqlar.
World Leaders Travel saytının məlumatına görə, daha sonra keçmiş liderlər Azərbaycana səfər edəcəklər. Sabiq liderlər Ukraynaya da baş çəkəcəklər. Səfər proqramına müxtəlif görüşlər və mühazirələr, adı çəkilən ölkələrin hökumət və biznes dairələri ilə görüşlər daxildir. Onlar tarixi mədəniyyət abidələri ilə tanış olacaqlar.
Qonaqların Bakıya gəlişi sentyabırn 8-də gözlənilir. Keçmiş liderlərin avqustun 30-da Moskvadan başlamış səfər turnesi sentyabrın 15-də İstanbulda başa çatacaq.
Modern.az