Modern.az

“Lamiyə işi” ilə bağlı mətbuat konfransı keçiriləcək - hər şey AÇIQLANACAQ

“Lamiyə işi” ilə bağlı mətbuat konfransı keçiriləcək - hər şey AÇIQLANACAQ

Təhsil

7 Fevral 2015, 15:47

“Sırf bu işlə bağlı ciddi araşdırma gedir. Prosesin gedişinə xələl gəlməsin deyə, vəkil olaraq detalları açıqlamaq istəmirəm. Çünki bir ölüm faktına görə hardasa bir nəslin məsuliyyətə cəlb olunması absurddur. Aslan Aslanov açıqlama verərkən deyib ki, “onun məsələylə bağlı əlaqəsi yoxdur”. Amma onun nəzərinə çatdırmaq istəyirəm ki, mətbuata məlum olmayan bütün hökmlər ictimaiyyətə açıqlanacaq”.

Bu sözləri Modern.az-a Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilərək ömürlük həbs cəzası almış məhkum Vüqar Əliyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

O qeyd edib ki, əfv ərizəsi də artıq hazırdır: “Növbəti günlərin birində geniş mətbuat konfransı keçiriləcək, qaranlıq qalan bütün məqamlar aydınlığa qovuşacaq. Əfv ərizəsi də ordan ictimaiyyət vasitəsilə cənab prezidentə ünvanlanacaq”.

A.Məmmədovun sözlərinə görə sifarişçi və ya sifarişçilərin günahı ibtidai istintaq tərəfindən sübuta yetrilərsə, məhkəmədə “şahidlik” etmiş şəxslər yenidən dindirilərsə, Aslan Aslanov mütləq şəkildə məsuliyyətə cəlb olunacaq.

“Buna görə də düşünürəm ki, Aslan Aslanov elə indidən çıxıb işin uzadılmaması üçün hər şeyi etiraf etsə, yaxşıdır. Ən azından məhkumları bağışladığını desin. Cəmiyyəti çaşdırmasın”.

“Aslan Aslanovun oğlunu doğurdan da Lamiyə qətlə yetiribsə, hansı səbəbdən Vüqara qarşı bu qədər amansız davaranıb. Yəni onun ömürlük azadlıqdan məhrum edilməsinə nail olub” sualına cavab olaraq vəkil qeyd edib ki, keçmiş icra başçısı oğlunun bir qız tərəfindən qətlə yetirilməsini həzm edə bilmədiyindən buna gedib.

“Aslan Asalanov Vüqar Əliyevin atası İbrahim kişinin həbs olunmasında torpaq davası olduğunu əsas gətirib. Guya, qətl baş verməzdən bir il əvvəl İbrahim kişi ilə onun torpaq davası olub. Guya, Vüqarın atası Aslan Aslanovu ölümlə hədələyib. Lap deyək ki, “hədələyib”. Bəs Aslan Aslanov niyə hüquq- mühafizə orqanlarına niyə şikayət etməyib? Adi bir vətəndaşın icra başçısını ölümlə hədələməsi çox gülünc deyilmi?

Mən əminəm ki hər şey tezliklə aydınlığa qovuşacaq. Lamiyə Quliyevanın həbsxanada uşaq dünyaya gətirməsi elə-belə olmadı. Bu Allahın işidir. Allah razı olmadı ki, günahsız insanlar həbsanada qalsın. Mən inanıram və əminəm ki, tezliklə azadlıq olunacaq”.

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər.

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Lamiyə Quliyeva barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb. 

Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan Respublika prokurorluğunun verdiyi protestə məhkəmədə baxılacaq. Protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bir müddət əvvəl onun həbsxanada, həm də rəsmi nikahı olmadan ana olması cəmiyyətdə rezonans doğurub.

Vüqar Əliyev hazırda Qobustan həbsxanasında cəza çəkir. O, həbdə olarkən yaxın qohumu olan bir qadınla ailə qurub.

Gülşən RAUQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir