Modern.az

Azərbaycanlı jurnalistlər İrana getdilər

Azərbaycanlı jurnalistlər İrana getdilər

Təhsil

7 Fevral 2015, 20:41

İran İslam Respublikası ilə Azərbaycan Respublikasının KİV-ləri arasında əlaqələrin möhkəmlənməsi hədəfi ilə bu gün Azərbaycanın media işçilərindən ibarət dördüncü dəstə 7 nəfər olmaqla Culfa Gömrük mənqətəsi ilə İrana yola düşüb.
İranən Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, həmin 7 nəfərlik heyət ATV, İTV, APA TV telekanalları, "Həftə içi" qəzeti, "Azadinform" xəbər agentliyi və "World Community" jurnalının müxbir və fotoqraflarından ibarətdir.

Media işçilərinin səfərində əsas məqsəd İran İslam Respublikasının iqtisadi və mədəni, həmçinin turizm sahəsində mövcud olan potensialları ilə tanışlıq və daha sonra həmin potensialları xüsusi reportajlar çərçivəsində təqdim etməsindən ibarətdir.

İranın Şərqi Azərbaycan əyalətinin Azərbaycan və Ermənistan Respublikaları ilə həmsərhəd olması, həmçinin bir çox iqtisadi, mədəni və turizm potensialına malik olması regionda yerləşən ölkələr üçün yaxın münasibət baxımından əlverişli sayılır. Azərbaycanlı jurnalistlərin Şərqi Azərbaycan əyalətinə səfəri isə iki ölkənin xalqları arasında münasibətlərin genişlənməsi, həmçinin iki ölkə arasında iqtisadi, mədəni və turizm sahələrində əlaqələrin genişlənməsi üçün xüsusi bir fürsət sayılır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İrana getmiş ilk media işçiləri qrupu ötən ilin iyul ayında Ərdəbil əyalətinə, ikinci qrup avqust ayında Gilan əyalətinə, üçüncü qrup isə noyabr ayında Qərbi Azərbaycan əyalətinə getmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir