Modern.az

Hər yerdə qar varkən o evin damında qar yoxdur – MARAQLI HADİSƏ

Hər yerdə qar varkən o evin damında qar yoxdur – MARAQLI HADİSƏ

Təhsil

7 Fevral 2015, 22:20


Hollandiya polisi Haarlem şəhərində maraqlı bir narkotik əməliyyatı reallaşdırıb. Ətrafdakı binaların damında qar olduğu halda bir binanın damında qar olmaması hüquq mühafizə orqanlarının diqqətini çəkib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə olan çətənə kolu  becərilərkən isti hava və işığa ehtiyac duyulduğunu bilən polislər evə basqın edib. Şübhələrində yanılmayan hüquq mühafizə orqanları evdə qeyri-qanuni şəkildə çətənə kolunun yetişdirildiyinin şahidi olub.

Hollandiya polisi daha sonra bu evin fotoşəkilini bir sosial şəbəkədə paylaşaraq bu qeydləri verib:

“Əgər qonşunuzun damında qar yoxdursa və qonşunuzun çətənə kolu yetişdirdiyini düşünürsünüzsə, bizə anonim şəkildə bildirin”.

Polisin bu paylaşımı ictimai mediada böyük əks-sədaya səbəb olub.


Gülşən Raufqızı 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir