Modern.az

Ukrayna prezidenti Rusiya pasportlarını nümayiş etdirdi - FOTOLAR

Ukrayna prezidenti Rusiya pasportlarını nümayiş etdirdi - FOTOLAR

Təhsil

7 Fevral 2015, 23:33

“Bunlar Rusiyadan bizə qarşı vuruşmaq üçün gələnlərin sənədləridir”

“Agence France-Presse”in Münhendən verdiyi xəbərdə deyilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko şənbə günü separatçılardan götürülmüş Rusiya pasportlarını nümayiş etdirib. Prezident deyib ki, bu pasportlar bir daha sübut edir ki, separatçıların arxasında məhz Rusiya dayanıb.  

“Mənim əlimdəkilər Rusiya pasportları və hərbi biletləridir. Bunlar Rusiyadan bizə qarşı vuruşmaq üçün gələn zabitlərin sənədləridir”, belə deyən prezident əllərində tutduğu sənədləri başının üzərinə qaldıraraq, nümayiş etdirib. Onun əllərində ən azı 7 sənəd olub.   

Münhendə keçirilən Təhlükəsizlik Şurasının konfransında ingilis dilində çıxış edən Ukrayna prezidenti daha sonra bunları deyib: “Bu sənədlər Rusiya qoşunlarının Ukrayna ərazilərinin işğalındakı rolunu aydın şəkildə nümayiş etdirir. Bu dünyaya daha nə qədər bu kimi fakt lazımdır ki, hər kəsə bir daha aydın olsun ki, Ukrayna ərazində döyüşənlər əcnəbi hərbi birləşmələrdir. Onlar Ukrayna ərazisinin bir hissəsini işğal ediblər. Bu gün keçmiş strateji tərəfdaş deyilən ölkə bizə qarşı gizli müharibə aparır. Bizim suveren dövlətimizi təhdid edir”.  

Pyotr Poroşenko bildirib ki, bir vaxtlar çox yaxın dost olan xalqlar arasında indi təbliğat və yalan nifrət divarları ucaldıb: “İndi Ukrayna ərazilərində Rusiya tankları şütüyür, BTR-lər səpələnib, çox variantlı raket sistemləri bizi atəşə tutur, silah-sursat Rusiyadan Ukraynaya daşınır”. (musavat.com)



 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir